9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan BMT-nin “Dayanıqlı İnkişaf Hesabatı”nda 5 pillə irəliləyib

Azərbaycan BMT-nin “Dayanıqlı İnkişaf Hesabatı – 2022” sənədində mümkün 100 73,5 bal toplayaraq 163 ölkə arasında 50-ci pillədə qərarlaşıb, 2021-ci il hesabatı ilə müqayisədə 5 pillə irəliləyib.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən “Azərbaycan qlobal Dayanıqlı İnkişaf Məqsədləri İndeksində” mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, ölkəmiz hesabatdakı mövqeyi ilə hər 3 ölkədən 2-ni qabaqlayıb və Cənubi Qafqazda lider mövqeyini qoruyub.

Belə ki, hesabata əsasən ölkədə 1-ci (Yoxsulluğun azaldılması), 6-cı (Təmiz su və sanitariya), 12-ci (Məsuliyyətli istehsal və istehlak) Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə irəliləyişlərin olduğu, 4-cü (Keyfiyyətli təhsil), 11-ci (Dayanıqlı şəhərlər və icmalar), 13-cü (İqlim dəyişmələri ilə mübarizə) və 17-ci (Tərəfdaşlığın gücləndirilməsi) DİM-lər üzrə isə nailiyyətlərin müşahidə olunduğu qeyd edilib.

Həmçinin koronavirus (COVID-19) pandemiyasının yaratdığı çətinliklər, qlobal və milli məlumat bazalarına dair metodoloji uyğunsuzluqlar səbəbindən 5-ci (Gender Bərabərliyi), 7-ci (Sərfəli və Təmiz Enerji), 10-cu (Bərabərsizliyin azaldılması), 14-cü (Dəniz ekosisteminin mühafizəsi) və 16-cı (Sülh, ədalət və səmərəli institutlar) DİM-lərə nail olunmasında durğunluğun müşahişə edildiyi qeyd olunub.

“2030 Gündəliyi” üzrə qlobal öhdəliklərə qoşulan vaxtdan indiyə qədər DİM-lərin icrası istiqamətində Azərbaycanda əhəmiyyətli işlər görülüb və nəzərəçarpacaq dərəcədə irəliləyişlər əldə edilib”, – deyə S.Məmmədov qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər