Azərbaycanın çayı Kanadada ən yaxşı çay adına layiq görülüb.
Bu barədə açıqlamasında “Yaşıl Çay” FT MMC-nin rəhbəri Araz Yaqubov bildirib. Onun sözlərinə görə, bu təşəbbüs BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən həyata keçirilib:
“Təqribən 3-4 ay əvvəl FAO bizim məkana gəlmişdilər. Onlar buradan gedərkən özləri ilə Azərbaycan çayını apardılar. Açığı, heç bilmirdim nə üçün və hara aparırdılar. Təqribən bir ay əvvəl onlar bizə xəbər verdilər ki, apardıqları çayı Kanadaya göndəriblər və orada Corc adlı tanınmış professor Azərbaycan çayını digər çaylarla birgə test yoxlamasından keçirib. Sonda bizim çay digərlərinin arasında ən yaxşı çay adına layiq görülüb”.
©Trend