“Azərmarka” şirkəti Azərbaycanın Dünya Bankı (DB) ilə əməkdaşlığı əks etdirən poçt markasının nəşrinə başlayıb. Bununla əlaqədar bu gün Bakıda həmin markanın basılması mərasimi keçirilib.
Basılma Azərbaycanın baş nazirinin müavini Abid Şərifov və DB-nin Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon tərəfindən həyata keçirilib. Bu marka 25 min ədəd tirajla buraxılacaq və bütün dünyada yayılacaq.
Tədbirdə iştirak edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə xatırladıb ki, bu il 25 illiyi qeyd olunan əməkdaşlığın 20-ci ildönümü zamanı da müvafiq marka buraxılıb: “Bu marka Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığı tərənnnüm edən simvol kimi tanınacaq”.