8 C
Baku
Friday, December 13, 2024

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunda kreditlərdən istifadə azalıb

2020-ci ilin yanvar-noyabr aylarında əsas kapitala yönəldilmiş sərmayədə bank kreditləri 6.8% təşkil edib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ötən ilin müvafiq dövründə isə əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində bank kreditləri 7.7% olub. Belə ki, bank kreditlərindən istifadə illik müqayisədə 0.9 faiz bəndi azalıb.

Onu da qeyd edək ki, əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 57.9 faiz, büdcə vəsaitləri 24.2 faiz, əhalinin şəxsi vəsaitləri 6.2 faiz, sair vəsaitlər 3.3 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1.6 faiz təşkil etmişdir.

 

Son xəbərlər
Digər xəbərlər