10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan Rusiya vilayətindən 15 min tondan çox buğda idxal edib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Ulyanovsk vilayəti üzrə idarəsi, bu ilin əvvəlindən ümumilikdə 43 114 ton taxılın ixracına nəzarət edib.

Hesabat dövründə ərzaq buğdası və kətan ən populyar ixrac məhsulları olub.

Buğdanın böyük hissəsi Latviyaya (20 501 ton), Azərbaycana (15 227 ton) və Qazaxıstana (6 339 ton) ixrac edilib.

Həmçinin Ulyanovsk vilayəti ərazisindən emal üçün Latviyaya 760 ton kətan, Belarusa 287 ton ərzaq kolzası göndərilib.

Qeyd edilib ki, məhsullar Federal Dövlət Büdcə Təşkilatının (ARRIAH) laboratoriyasında yoxlanılıb və karantin obyekti aşkarlanmayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər