Azərbaycan Rusiyada yenidən turizm nümayəndəliyi açmağı planlaşdırır.
Bunu Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev deyib.
“Bizim bir neçə ölkədə belə nümayəndəliklərimiz var idi. Lakin koronavirus pandemiyası səbəbindən iş sxemində dəyişiklik oldu, biz onların fəaliyyətini dayandırdıq. Ancaq biz onları yenidən açmağı planlaşdırırıq, o cümlədən Rusiyada”, – F.Nağıyev bildirib.
Eyni zamanda, onun sözlərinə görə, Dövlət Turizm Agentliyi müxtəlif ölkələrin turoperatorları ilə əməkdaşlıq edir: “Noyabr ayından etibarən rusların xizək kurortlarımıza gəlməsi üçün Rusiyada Yeni il və Yeni il tətilləri mövzusunda kampaniyaya start verilib”.