9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan sığorta bazarında ən çox ödəniş edən şirkətlər – Renkinq

Azərbaycan Mərkəzi Bankı 2020-ci ilin yanvar-oktyabr ayı üzrə sığorta sektorunun nəticələrini açıqlayıb.

Cari ilin oktyabr ayı üzrə hesablanmış sığorta ödənişləri üzrə sektorun lideri “Paşa Həyat Sığorta” şirkəti olub. Bu sığorta şirkəti 175 milyon 706 min manat ödəniş edib. İkinci yerdə ən çox ödəniş edən şirkət isə “Paşa Sığorta”dır (55 milyon 814 min manat).

Üçüncü yerdə 39 milyon 980 min manat olmaqla “Atəşgah Həyat” sığorta şirkəti qərarlaşıb. Dördüncü yerdə olan “Xalq Sığorta” şirkəti 14 milyon 129 min manat sığorta ödənişi edib. 5-ci yerdə qərar tutan “Dövlət Kommersiya Sığorta” şirkətidir – 11 milyon 559 min manat.

10 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Amrah Sığorta” (749 min manat), “AXA MBASK” (627 min manat), “Bakı Sığorta” (313 min manat) “Rəvan Sığorta” (308 min manat) və “Naxçıvansığorta” (22 min manat) olub. “Xalq Həyat” sığorta şirkəti isə sığorta ödənişi həyata keçirməyib.

mn

Son xəbərlər
Digər xəbərlər