6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan turizm şirkətləri ilə bağlı mühüm xəbər

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası qarşısına turizm sahəsində fəaliyyət göstərən şirkətlərin və strukturların qarşılıqlı əlaqə mexanizminin təkmilləşdirilməsi vəzifəsini qoyur. Bunu Assosiasiyanın sədri Rüfət Hacıyev deyib.

“Turizmin inkişafı Azərbaycanda prioritet istiqamətlərdən biridir. Turizm sahəsinin özündə 50-dən artıq sektoru birləşdirdiyini nəzərə alaraq, turizm fəaliyyətinin peşəkarlığı və kreativliyinə yeni nəfəsin verilməsinə zərurət yaranır”, – Hacıyev bu gün Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının birinci assambleyasında bildirib.

Onun sözlərinə görə, Assosiasiyanın məqsədi turizm sahəsində fəaliyyət göstərən müxtəlif strukturlar arasında sıx əməkdaşlığın təminatıdır.

“Turizm kompleks xidmətlər sahəsidir, onun inkişafı göstərilən xidmətlərin səviyyəsindən asılıdır”, – Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

O vurğulayıb ki, DTA “turizmin inkişafı üçün etibarlı platforma” rolunu oynayacaq.

“Müəyyən problemıər mövcuddur ki, onların aradan qaldırılması üçün böyük iş aparılır. Əfsuslar olsun ki, bəzi şəxslər işlərində sui-istifadəyə yol verirlər, dövlətimizin nüfuzuna zərbə vururlar. Buna görə turizm şirkətlərinin tənzimləməsi üzrə yeni mexanizm tərtib etmək lazımdır”, – Nağıyev bəyan edib.

O, bu istiqamətdə ilk vəzifələrin turizm şirkətlərinin maraqlarının təminatı, turizm sahəsinə sərmayələrin təşviqi, peşəkar kadrların hazırlanması, Azərbaycanın turizm imkanlarının xaricdə təbliğatı məqsədilə səylərin birləşdirilməsinin olduğunu qeyd edib.

İnterfaks Azərbaycan

Son xəbərlər
Digər xəbərlər