16 C
Baku
Thursday, May 2, 2024

Azərbaycan xaricə alma satışını 30%-dən çox artırıb

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan 34 milyon 439 min dollar dəyərində 54 188 ton alma ixrac olunub.

Banker.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında bildirilir.

2022-ci ilin 9 ayında Azərbaycandan 25 milyon 884 min dollar dəyərində 39 801 ton alma ixrac olunmuşdu. Beləliklə, alma ixracı dəyər ifadəsilə 33%, miqdar ifadəsilə 36% artıb.

Bir ton almanın orta ixrac qiyməti illik müqayisədə 650 dollardan 636 dollara düşüb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər