2026-cı ilin yanvar-iyun ayında Azərbaycan 675 milyon 958 min dollar dəyərində 33 772 ədəd cəmi avtomobil idxal olunub.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı məbləğ ifadəsilə 30%, miqdar ifadəsilə 35% azalıb.
O cümlədən, 2025-ci ilin yanvar-iyun ayında isə Azərbaycana 960 milyon 709 min dollar dəyərində 51 727 ədəd cəmi avtomobil gətirilib.
Bu ilin ilk 6 ayında Azərbaycana minik avtomobillərinin idxalı 29 637 ədəd ikən, əvvəlki ildə 47 199 ədəd təşkil edib. Belə ki, əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobillərinin sayı illik müqayisədə 37.2% azalıb.






