-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycana qaz ixracından daxil olan valyuta 4 dəfə artıb

Azərbaycandan 2022-ci ilin yanvar-mart ayında 3 milyard 464 milyon dollar dəyərində 5 milyard 687 milyon kub metr təbii qaz ixrac edilib. Ötən ilin eyni ayında Azərbaycandan 867 milyon 68 min dollar dəyərində 6 milyard 166 milyon kub metr təbii qaz ixrac edilmişdi.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, təbii qaz ixracından gəlirlər 4 dəfə artıb. Təbii qazın ixracda xüsusi çəkisi 20.95%-dən 43.40%-ə yükəlib.

2022-ci ilin mart ayında Azərbaycanın 7 milyard 981 milyon dollarlıq ixracının 90.9%-i neft-qaz sektoruna daxil olan malların hesabına formalaşıb. 2021-ci ilin martında bu xüsusi çəki 87.9% idi.

Son xəbərlər
Digər xəbərlər