Azərbaycan hökuməti 2023-cü ildə qızıl istehsalını 3 min 104 kq səviyyəsində proqnozlaşdırır.
Hökumətin proqnozlarına əsasən, 2024-cü ildə ölkədə qızıl istehsalı 3 min 123.5 kq-a qədər, 2025-ci ildə – 3 min 141.5 kq-a qədər, 2026-cı ildə – 3 min 154.5 kq-a qədər artacaq.
Beləliklə, 2023-2026-cı illərdə Azərbaycanda qızıl hasilatı 1.6% artacaq.
Xəbər verildiyi kimi, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 3 min 1.5 kq qızıl hasil edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 6.1% azdır.
Hazırda Azərbaycanda qiymətli metal hasilatı ilə “AzerGold” QSC və Britaniyanın “Anglo Asian Mining PLC” şirkəti məşğul olur.