1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda balıq məhsulları bahalaşıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda balıq və balıq məhsullarının qiymət indeksi 105% təşkil edib.

Banker.az-ın Dövlət Statistika Komitəsinin açıqlamasına istinadən verdiyi məlumata görə, noyabrda balıq və balıq məhsullarının qiymət indeksi əvvəlki aya nisbətən 99.9%, ötən ilin noyabr ayına nisbətən isə 103.4% olub.

Bundan başqa, cari ilin yanvar-noyabr aylarında ölkədə ət və ət məhsullarının qiymət indeksi 103.5% təşkil edib. Noyabrda bu göstərici əvvəlki aya nisbətən 99.8%, ötən ilin noyabr ayına nisbətən isə 101.9% olub.

Son xəbərlər
Digər xəbərlər