18 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanda beynəlxalq sərnişinlər daha çox hansı aviaşirkətlərə üstünlük verib?

Cari ilin ilk doqquz ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 3,49 mln. sərnişinə xidmət göstərib.

Aeroportdan Banker.az-a verilən məlumata görə, bu göstərici ötən ilin analoji göstəricisindən 10% çoxdur.

“Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 1 milyon 512 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 345 min sərnişin düşüb. İlin əvvəlindən etibarən 3 mln. sərnişin (ümumi sərnişin dövriyyəsinin 86%-i) beynəlxalq reyslərlə daşınıb. Beynəlxalq sərnişinlərin ümumi sayının 34%-i AZAL-ın, 11,55%-i isə “Buta Airways”in payına düşüb. Sentyabr ayında beynəlxalq sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna AZAL və “Buta Airways” ilə yanaşı “FlyDubai”, “Turkish Airlines”, “Air Arabia”, “Aeroflot”, “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları), “Qatar Airways”, “Utair”, “Iraqi Airways”, “Lufthansa” və “S7 Airlines” daxil olub. Onlar ümumilikdə 143 min sərnişinə xidmət göstərib”, – deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan çox istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna əvvəlki kimi İstanbul, Moskva, Dubay, Kiyev, Şarja, Tehran, Bağdad, Tbilisi, Antalya və Tel-Əviv daxildir. Bu istiqamətlərə 247 min sərnişin uçub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər