16 C
Baku
Monday, May 6, 2024

Azərbaycanda bir ayda 550 hektar meşə yanıb

“2022-ci il ərzində meşə fondu ərazilərində 56 yanğın hadisəsi qeydə alınıb. Bu yanğınlar 631 hektar ərazini əhatə edib”.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Nazirlik yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov saytımıza açıqlamasında deyib ki, bütün yanğın ocaqları söndürülüb:

“Hazırda müəyyən ərazilərdə, xüsusilə Zaqatala rayonu ərazisindəki aktiv yanğından sonra ərazinin soyutması işləri aparılır. Bu il avqust ayında yanğınlar daha geniş əraziləri əhatə edib. Bu günə qədər olan yanğınların 550 hektarı bilavasitə avqust ayında qeydə alınıb. Xüsusilə, Quba, Xaçmaz, Siyəzən, Şabran rayonlarında daha çox meşə yanğını hadisəsinin baş verdiyini deyə bilərik. Görülən işlər nəticəsində yanğınlar söndürülüb”.

Xalıqverdi Hüseynov onu da qeyd edib ki, yanğın baş vermiş ərazilərdə ziyanın qiymətləndirilməsi işləri hazırda davam etdirilir:

“Monitorinqlərin nəticəsində məhv olmuş ərazilərin ümumi qeydiyyatı dəqiqləşdiriləcək. Bundan sonra payız mövsümi ilə əlaqədar ərazilərin bərpası işlərinə başlanacaq. Bununla yanaşı yanğın nəticəsində meşə fonduna dəymiş ziyanın dəqiqləşdirilməsi işləri davam etdirilir”.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər