Bank Olmayan Kredit Təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının Bank olmayan kredit təşkilatları haqqında qanununa əsasən tənzimlənir. Bank olmayan kredit təşkilatı xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən kredit təşkilatıdır.
BOKT –lar keçən əsrin sonlarından etibarən fəaliyyətə başlayıblar. Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq əhalinin BOKT- lara müraciəti daha üstünlük təşkil edir. Bank olmayan kredit təşkilatları xarici şirkətlərlə əmakdaşlıq edir və bu əməkdaşlıq nəticəsində Bokt-lar xarici ölkələrin banklarından kredit götürür və bunun müqabilində bu krediti müxtəlif faizlərlə əhaliyə təqdim edir.
Boktlar əsasən mikrokreditlərin verilməsi ilə məşğul olur. Qeyd edək ki, mikro maliyyənin bünövrəsi 2006 cı ildə Grameen bankının təsisçisi Məhəmməd Yunus tərəfindən qoyulmuşdur ki, bu fəaliyyətinə görə o nobel mükafatına layiq görülmüşdü. Məhəmməd Yunus bu krediti icad etməklə əsasən qadınların pula olan tələbatlarını mikrokredit vasitəsi ilə təmin etməyə çalışırdı.
Bu kredit təşkilatları (BOKT) əsasən iki növə ayrılır: girov əmanəti qəbul etmək hüququ olan və belə hüququ olmayan kredit təşkilatları.
BOKT-nın girov əmanəti qəbul edə bilmələri üçün lisenziyada bu barədə xüsusi icazə olmalıdır. Lisenziya isə Mərkəzi Bank tərəfindən verilir.
Bank olmayan kredit təşkilatları Mərkəzi Bankdan aldığı lisenziya əsasında sizə təminatlı və təminatsız kreditlər verə bilər. Bank olmayan kredit təşkilatlarından kredit aldıqda siz girov olaraq daşınan və daşınmaz əmlak qoya bilərsiniz.
Banklardan fərqli olaraq siz bank olmayan kredit təşkilarlarında əmanət (depozit) yerləşdirə ,pul köçürə bilmərsiniz . Siz ancaq belə təşkilatlardan kredit götürə bilərsiniz. BOKT sizə kredit verdikdə kreditin tam şəffaflığını təmin etmək üçün sizin almaq istədiyiniz kreditin dəyəri və kreditlə əlaqədar çəkəcəyiniz xərclər barəsində tam olaraq xəbərdar olduqdan sonra sizə kredit verir.
Bu kreditlər maddi vəziyyətindən asılı olmayaraq bütün təbəqədən olan insanlara verilir. Sizin kredit götürmək üçün Bakıya gəlməyə imkanınız olmaya bilər buna görədə bank olmayan kredit təşkilatına (BOKT) müraciət etməyiniz daha əlverişlidir. Bu səbəbdən də Bokt-ın Regionların sosial iqtisadi inkişafı prosesi ön sıradadır. Bank olmayan kredit təşkilatlarının (BOKT) əsas məqsədi ucqar ərazilərdə yaşayan, kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən eləcə də özləri üçün xırda biznes qurmaq və ya mövcud olan bizneslərini nisbətən böyütmək istəyən şəxslər üçün kreditin verilməsini təmin etməkdir
Banklara kredit götürmək üçün müraciət etdikdə sizin bu müraciətiniz cavabsız qaldığı halda bank olmayan kredit təşkilatı (BOKT) sizin kreditlə bağlı suallarınıza daha ətraflı məlumat verə bilər. Sadəcə siz təyin olunan zamanda bank olmayan kredit təşkilatına yaxınlaşmalısınız. Bu zaman sizdən şəxsiyyətinizi təsdiq edən sənəd və gəlirləriniz haqqında arayış tələb olunacaqBundan sonra qısa zaman ərzində istədiyiniz krediti əldə edə və öz biznesinizi daha da dirçəldə bilərsiniz.
Qeyd edək ki siz kredit götürmək üçün 18 yaşından yuxarı olmalısınız.
Təbii ki, bütün bunlar ölkənin ümumi iqtisadi inkişafını və əhalinin maddi vəziyyətinin yaxşılaşmasına eləcədə gənclərin inkişafına təkan verir.
2012 ilin sonuna BOKT-lar 289 178 802 kredit porfelinə malikdirlər.
Hal-hazırda ölkəmizdə 28 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlardan ən fəalları bunlardır: AQRARKREDİT, AQROİNVEST, AVRASIYA CREDIT, AZƏRİSTAR MİKROMALİYYƏ, QAFQAZ-KREDIT, FİNCA, FINANS TEXNOLOJI , İNKİŞAF ÜÇÜN MALİYYƏ , Mol Bulak , KREDAQRO, KASPIAN INVEST BOKT , FINANS INVEST, KÖMƏK , NAXÇIVAN KREDİT, OMNİ FİNANCE, TBC KREDIT, VİATOR MİKROKREDİT, VİJN FOND AZƏRKREDİT, AFS Kredit İttifaqı MMC.
Qeyd etdiyimiz təşkilatlar həmçinin banklar Azərbaycan Mikro Maliyyələşmə assosiasiyasına daxildir.