10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda bu il qızıl istehsalı azalıb, gümüş istehsalı isə artıb

2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 3 303 kq qızıl, 4 005.4 kq gümüş istehsal edilib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2019-cu ilin müvafiq dövründə isə 3 553.2 kq qızıl, 3 815.3 kq gümüş istehsal edilib. Belə ki, Azərbaycanda qızıl istehsalı bu il 7% azalıb, gümüş istehsalı isə 5% artıb.

Onu da qeyd edək ki, dekabrın 1-nə 316.8 kq qızıl, 91.3 kq gümüş ehtiyatı yaranıb.

Son xəbərlər
Digər xəbərlər