9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda bu şəxslər pensiyaya 65 yaşdan tez çıxa biləcəklər – Yenilik

Yoldaşı vəfat edəndən sonra evlənsə belə uşağına baxan ata pensiyaya tez çıxacaq.

Bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Yeni dəyişikliyə əsasən, kişilərə münasibətdə qadın vəfat etdiyi və uşağın kişinin himayəsində olduğu və növbəti ailə qurduğu halda da kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq.

Qeyd edək ki, hazırda Azərbaycanda kişilərin pensiya yaşı 65-dir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər