1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda devalvasiyadan sonra yaradılan publik hüquqi şəxslərin SİYAHISI

İlk olaraq, qeyd edək ki, Publik hüquqi şəxs nədir? Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, ancaq dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.

Publik hüquqi şəxslə adi hüquqi şəxsin fərqi nədir?

Adi hüquqi şəxs o deməkdir ki, onun əmlakı girov qoyula, bu əmlaka qarşı məhkəmə icraatı başlana, bu qurum müflis ola bilər, baxmayaraq ki, bu qurum dövlət əhəmiyyətli funksiyalarını həyata keçirir. Publik hüquqi şəxs həm pulsuz, həm də pullu xidmətlər göstərə, özünü maliyyələşdirə bilər, ya da zərurət olduqda büdcədən maliyyələşə bilər. Publik hüquqi şəxs dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən funksiyaları həyata keçirir. Məhz buna görə də adi hüquqi şəxsdən fərqli olaraq, onun kifayət qədər imtiyazları var. Publik hüquqi şəxs heç vaxt müflis ola bilməz. İnkişaf etmiş Avropa ölkələrinə nəzər yetirsək görərik ki, uşaq bağçalarından başlamış məktəb və universitetlər, dövlətə məxsus tibb klinikalarından tutmuş böyük korporasiyalar publik hüquqi şəxslərdir. Məsələn, Almaniyada və digər Qərbi Avropa ölkələrində dəmir yolu korporasiyaları publik hüquqi şəxsdir.

Onlar müflis ola bilməz, çünki ölkədaxili sərnişin daşımaları üçün həyatı əhəmiyyət kəsb edən dəmir yolu hər bir halda işləməlidir. Ona görə dövlət bunu öz üzərinə götürüb və bu, idarəçilik funksiyası deyil, təsərrüfat funksiyası olduğu üçün dəmir yolu şirkətlərinə publik hüquqi şəxs statusu verilib. Azərbaycanda isə belə bir zərurət yoxdur. Çünki avtomobil nəqliyyat daşımaları əhalinin ehtiyaclarını tam ödəyir.

Bildirək ki, Azərbaycanda devalvasiya 21 fevral 2015-ci ildə baş verdi. Milli bank manatın 1 dollara görə dəyərini 1.05 AZN təyin etdi. Devalvasiya 33.8% oldu. 21 dekabr 2015-ci ildə isə 2-ci devalvasiya oldu və 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,55 manat səviyyəsində qərarlaşdı.

Azərbaycanda devalvasiya baş verəndən sonra publik hüquqi şəxslər yaradıldı. Banker.az devalvasiyadan sonra yaranan publik hüquqi şəxslərin siyahısını hazırladı.

45 publik huquqi

Son xəbərlər
Digər xəbərlər