6 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda dollar dəyişmək üçün 5 ən sərfəli bank

Azərbaycan kommersiya bankları demək olar ki, hamısı dollar mübadiləsini davam etdirir. Banklardan 3-ü dolların satış məzənnəsini rəsmi məzənnədən belə ucuz satır. Lakin yay aylarından fərqli olaraq satış məzənnəsini 1,7100 manatdan ucuz qiymətə satırlar.

Banker.az bu dəfə dollar dəyişmək üçün ən sərfəli 5 bankın siyahısını tərtib edib

Araşdırmaya görə, Dolları hal-hazırda ən sərfəli qiymətə “Azər Türk Bank”, “TuranBank” və “Bank Respublika” satır – 1,7000 AZN.

Dolları ən baha qiymətə satan isə, “AGBank”, “Xalq Bank”, “Muğanbank” və “Naxçıvanbank”dır. Belə ki bu 4 bank dolları 1,7050 manata satırlar.

BANKIN ADI USD/AZN SATIŞ
Azər Türk Bank 1.7000
TuranBank 1.7000
Bank Respublika 1.7000
Bank Avrasiya 1.7008
AtaBank 1.7009

 

Dolların alış qiymətində isə ən sərfəli “TuranBank”, “Günay Bank” və “Yapı Kredi Bank”dır – 1,6980 AZN. “Xalq Bank” və “ZiraatBank” isə dolları ən ucuz qiymətə qəbul edən banklardır.

BANKIN ADI USD/AZN ALIŞ
TuranBank 1.6980
Günay Bank 1.6980
Yapı Kredi Bank 1.6980
Bank Respublika 1.6975
Kapital Bank 1.6970
Son xəbərlər
Digər xəbərlər