6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda dövlət müəsissəsi özəlləşdirildi – 3 milyon manata

“Az Varvara” Məhdud Məsuliyyətli Cəmiyyəti “Varvara Balıq” ASC-nin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib.

Banker.az bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK)  alınan məlumata istinad edir.

Komitə tərəfindən cari il aprelin 12-də “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq “Varvara Balıq” ASC-nin özəlləşməsi üzrə investisiya müsabiqəsi elan edilib. Müsabiqədə iştirak etmək üçün iki iddiaçı tərəfindən ərizə və investisiya təklifləri təqdim olunub. Təkliflərə baxıldıqdan sonra açıq səsvermə yolu ilə “Az Varvara” Məhdud Məsuliyyətli Cəmiyyəti “Varvara Balıq” ASC-nin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib.

Qeyd edək ki,  bu səhmdar cəmiyyətin aprel 2019-cu il tarixinə olan duruma görə səhmdar cəmiyyətinin əsas fəaliyyət növü balıqartırma və balıqyetişdirmədir. Nizamnamə kapitalı 3 mln. 18 min manatdır. Buraxılmış sənədsiz adlı səhmlərin sayı 1 mln. 509 min ədəd olmaqla müsabiqəyə bütünü aid edilir. Yəni, 3 mln. 18 min manat ümumi investisya dəyəri var.

Məlumatda səhmlərin hər birinin nominal dəyərinin 2 manat olduğu bildirilir. Bununla yanaşı ASC-də 18 nəfər insan çalışır hazırda şirkətdə çalışırdı.

Son xəbərlər
Digər xəbərlər