6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda duru yağ istehsalı 46% azalıb

2023-cü ilin yanvar ayında Azərbaycanda 2 518.8 ton duru bitki yağları istehsal edilib.

Banker.az bu barədə Dövlət Statisika Komitəsinə istinadən xəbər verir.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə duru bitki yağlarının istehsalı 46.3 faiz azalıb.

01.02.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 6 253 ton təşkil edib.

Bu ilin yanvar ayında 4 547.7 ton marqarin istehsal edilib ki, bu da 12.7% azalma deməkdir. Fevralın 1-nə hazır məhsul ehtiyatı 7 957.6 ton olub.

Son xəbərlər
Digər xəbərlər