25 C
Baku
Tuesday, May 21, 2024

Azərbaycanda hotellərin gəlirləri kəskin artıb

2022-ci ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə artaraq 269,1 milyon manat olmuşdur ki, onun da 60,3 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,6 faizi ictimai iaşə xidmətlərindən, 3,0 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9,1 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi açıqlama yayıb.

2022-ci ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 16,3 faiz səviyyəsində olub (2021-ci ilin yanvar-sentyabr aylarında 11,2 faiz). Bu göstərici Şabranda 89,6 faiz, Naftalanda 37,5 faiz, Qubada 30,4 faiz, Lənkəranda 25,9 faiz, Beyləqanda 25,7 faiz, Bakıda 23,6 faiz, Qəbələdə 21,8 faiz, Şuşada 19,1 faiz, Ağcabədidə 19,1 faiz, Qusarda 16,9 faiz, Sabirabadda 16,9 faiz digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər