2026-cı ilin yanvar-may aylarında Azərbaycanda xarici ticarət iştirakçılarının sayı 25 967 şəxs olub. Bu say 2025-ci ilin eyni dövrü ilə müqayisədə 11 675 şəxs azdır.
Bu barədə Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2025-ci ilin eyni dövründə Azərbaycanda xarici ticarət iştirakçılarının sayı 37 642 şəxs təşkil etmişdi.
İllik müqayisədə xarici ticarət iştirakçılarının sayı hüquqi şəxslər üzrə 101 şəxs azalaraq 8 594-ə düşüb, fiziki şəxslər üzrə isə 11 574 şəxs azalaraq 17 373 şəxsə düşüb.







