3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda illik inflyasiya sabit qaldı

Azərbaycanda illik inflyasiya 14%-də sabit qalıb .

2017-ci ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşıb.

Banker.azxəbər veri ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb

Cari ilin avqust ayında iyul ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,2 faiz bahalaşmışdır.

Ay ərzində mal və qoyun ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının,  pasterizə olunmamış üzlü südün, pendirin, kərə və zeytun yağlarının, albalının, gilasın, əriyin, qarpızın, çiyələyin, kələmin, göyərtinin, xiyarın, pomidorun, göy lobyanın, çuğundurun, sarımsağın, qəhvə və çayın qiymətlərində bahalaşma, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq əti və yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, bananın, almanın, armudun, alçanın, şaftalının, üzümün, badımcanın, bibərin, yerkökünün, kartofun, soğanın, şəkər və şəkər tozunun, tütün məmulatlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Avqust ayında iyul ayı ilə müqayisədə qeyri-ərzaq mallarından parçaların, ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, məişət cihazlarının, kiçik elektrik cihazlarının, minik avtomobilləri və onlar üçün ehtiyat hissələrinin, velosipedlərin, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, geyimin və telefon aparatlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Avqust ayında əvvəlki aya nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsi xidmətinin, mənzillərin icarə haqqının, stomatoloji xidmətlərin, avtomobillərin təmiri xidmətinin, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma və taksi nəqliyyatı xidmətlərinin, ödənişli ali təhsil haqqının, bərbərxana və kosmetik xidmətlərin qiymətlərində bahalaşma, respublikadan kənara istirahət turlarının, dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətinin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətinin qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Son xəbərlər
Digər xəbərlər