Bu ilin aprel ayında Azərbaycan mobil internetin sürətinə görə 138 ölkə arasında 39.12 MB/S sürətlə 58-ci yerdə qərarlaşıb.
Banker.az bu barədə “Speedtest Global Index”in məlumatına əsasən xəbər verir ki, Azərbaycan mart ayına nisbətən 4 pillə geriləyib. Mobil internetin orta sürəti 39.46 MB/S olub ki, bu, əvvəlki ayın göstəricisindən 6.66 MB/S azdır.
Məlumatda bildirilir ki, Mobil internetin sürətinə görə birinci yeri Qatar (189.98 MB/S), sonuncu yeri isə Yemen (140-cı yer, 3.98 MB/S) tutub.
Ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 116-cı yerdə qərarlaşıb. Bu isə əvvəlki ayla müqayisədə 2 pillə irəliləmədir. Apreldə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 28.83 MB/S olub.