6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda “iqtisadi cinayət” 22.5% artıb – RƏSMİ

Azərbaycanda 2022-ci ildə iqtisadi sahədə cinayətlərin sayı 22.5 faiz yüksəlib.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, respublika ərazisində iqtisadi sahədə 14 500 cinayət qeydə alınıb.

İqtisadi cinayətlərin 7 794 oğurluqdur ki, bu da illik 25.6 faiz artımdır.

Bununla belə, dələduzluq halları illik müqayisədə 24.4 faiz artaraq 4 246, soyğunçuluq 34 faiz artaraq 268, mənimsəmə və ya israf etmə 19.6 faiz artaraq 262, quldurluq 3 faiz artaraq 103 təşkil edib.

Dövlət hakimiyyəti əleyhinə olan cinayətlər 1 443 olmaqla, illik 12.7 faiz azalmadır. Rüşvət cinayətlərinin sayı isə 193 olmaqla illik 5.5 faiz artıb.

Son xəbərlər
Digər xəbərlər