23 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanda işləyən Türkiyə vətəndaşlarının sayı açıqlanıb

“Bu gün üçün Azərbaycanda ən çox Türkiyə şirkətlərinin əməkdaşları çalışır”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Bilginin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

Nazirin sözlərinə görə, ölkədə 4 mindən çox Türkiyə vətəndaşı işləyir: “Xarici investisiyalar da ən çox qardaş ölkəyə aiddir. Hər iki ölkə vətəndaşlarının istər Azərbaycanda, istərsə də Türkiyədə işləməsi baxımdan daim dəstək göstərilir”.

S.Babayev bildirib ki, Azərbaycanda sosial sahədə aparılan islahatlarda hər zaman Türkiyə təcrübəsi daim diqqətdə saxlanılır: “Bugünkü görüş iki ölkə arasındakı əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcək”.

 

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər