21 C
Baku
Friday, April 26, 2024

Azərbaycanda işsizlik 6.8%-ə düşüb – Rəsmi rəqəmlər bunu deyir

Azərbaycanda 2021-ci ilin 1 iyun tarixinə işsizlik sayı 6.8 faizə düşüb.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Belə ki, 2021-ci il iyunun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 268.8 min nəfər olmuş, onlardan 4 milyon 908.2 min nəfərini məşğul əhali təşkil etmişdir. Beləliklə, ölkədə cəmi 360.6 min nəfər işçsiz əhali olmuşdur.

Bu isə ilin 1 ay öncə, 1 may 2021-ci il tarixinə iqtisadi fəal əhalinin sayı 5 milyon 264.2 min nəfər olmaqla, onlardan 4 milyon 898.7 min nəfəri məşğul əhali idi. Bu da 365.5 min nəfərin, yaxud 6.94%-nin işsiz olması demək idi.

İşsiz əhalinin sayı, 2020-ci ilin iyun ayının əvvəlində isə 305.4 nəfər, yaxud 5.87% olduğu halda, 2021-ci ilin əvvəlinə 375.9 min nəfərə, yaxud     7.16%-ə yüksəlmişdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər