Azərbaycan Banklar Assosiasiyası (ABA) 2017-ci ilin aprelinədək maliyyə ombudsmanının reqlamentini təsdiq etməyi planlaşdırır.
Bunu assosiasiyanın icraçı direktoru Yunus Abdulov deyib.
Y.Abdulov bildirib: “Fevralın 3-də ABA üzvlərinin ümumi iclasında biz maliyyə ombudsmanının nizamnaməsini təsdiq etmişik. Yaxın iki ay ərzində biz reqlament üzərində işləri başa çatdırmağı planlaşdırırıq. Reqlament təsdiq olunduqdan sonra ombudsman işə başlaya bilər”.
Onun sözlərinə görə, maliyyə ombudsmanı Assosiasiyanın nəzdində fəaliyyət göstərəcək və onun qərarları tövsiyyə xarakterli olacaq.
İcraçı direktor deyib: “Ombudsman iştirakçılar arasında yaranmış maliyyə mübahisələri ilə bağlı məsləhətlər verə bilər, amma təbii ki, son qərar məhkəmə tərəfindən qəbul ediləcək”.