Azərbaycan Respublikası vətəndaşlarının keçirdiyi gecələmələrin sayı 1253.0 min olmuşdur ki, bu da ümumi gecələmələrin 47.3 faizini təşkil edir.
Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.
2022-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2021-ci illə müqayisədə 1.7 dəfə artaraq 355.3 milyon manat olmuşdur ki, onun da 59.6 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28.4 faizi ictimai iaşə xidmətlərindən, 3.0 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9.0 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.