10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda monetar şərait 40 %-dən aşağı səviyyədə əmanətlərin sabit dollarlaşmasına kömək edir

Azərbaycanda əhalinin əmanətlərinin dollarlaşması bankların ümumi kredit portfelində xarici valyutada olan kreditlərin payına nisbətən daha ləng azalır.

Bunu Rusiyanın “Qazprombank” ASC-nin Tədqiqatlar şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina deyib.

O hesab edir ki, əhalinin əmanətlərinin dollarlaşması sabit olaraq qalır. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, əhalinin xarici valyutada əmanətlərinin xüsusi çəkisi may ayında 38 %-ə qədər (2022-ci ilin sonunda 39.2 %-ə qarşı) azalaraq pandemiyanın başlanmasından sonra ən aşağı səviyyəyə düşüb.

“Mövcud monetar şərait 40 %-dən aşağı səviyyədə əmanətlərin sabit dollarlaşmasına kömək edir. Xatırladaq ki, aparıcı reytinq agentlikləri əmanətlərin dollarlaşmasının əhəmiyyətli artımını Azərbaycanın suveren reytinqlərinə potensial təzyiq amili hesab edirlər”, – G.Xaydarşina bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər