9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda otellərə ulduzlar yenidən veriləcək – Gizli yoxlamalar başladı

Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. Onu sözlərinə görə, otellərin ulduzlanması yeni sistemlə aparılacaq.

“Otellər yenidən akkreditasiya olunacaq. Bununla ictimai qurum məşğul olacaq. Lakin sonda yekun qərarı biz verəcəyik. Bununla bağlı ictimaiyyətə 2 ay müddətində məlumat veriləcək”.

F.Nağıyev qeyd edib ki, mövcud vəziyyətdə bütün otellər göstərdiyi ulduzlara uyğun xidmət etmir: “Bakıda 100-dən çox fəaliyyət göstərən otellərdə bu barədə problem yoxdur. Bakıda otellərin ulduzları ilə göstərdikləri xidmətin keyfiyyəti arasında fərqin olması faktı çox cuzidir, ancaq regionlarda bu problem müşahidə edilir. Azərbaycan Otellər Assosiasiyası, Avropanın Otellər Assosiasiyası Hotrec-in üzvü oldu. Hotrec-in üzvü olduqdan sonra onlar Hotrec-in standartlarına uyğun ulduzlaşma aparacaqlar. Hotrec-in standartları Avropa Komissiyasının qəbul etdiyi standartlardır. Təxminən 300 vərəqlik bir sənəddir ki, orada ulduzların necə verilməsi barədə bütün meyarlar göstərilib. Ulduz bir neçə illik verilir və həmin müddətdə açıq və gizli monitorinq aparılacaq. Açıq monitorinq gəlib birbaşa fəaliyyətin yoxlanılmasından ibarətdir, həmçinin məşhur saytlar vasitəsilə qoyulan rəyləri izləyəcəyik. Gizli monitorinq isə Avropa və Azərbaycanın Otel Assosiasiyasının mütəxəssisləri bu yerlərdə qonaq kimi qalacaqlar və sonradan onun nəticələrini verəcəklər”.

Azvison

Son xəbərlər
Digər xəbərlər