Azərbaycandakı poçt şöbələrindəki bankomatların sayı 24 % artırılaraq 89 ədədə çatdırılacaq.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında “Azərpoçt” MMC-dən bildirilib.
“Bu məqsədlə artıq əlavə olaraq 17 bankomat alınıb. Tezliklə onların quraşdırılması başa çatdırılacaq”,- qurum qeyd edir.
Xatırladaq ki, indiyədək səhmdar cəmiyyəti tərəfindən 72 bankomat istifadəyə verilib, 520 poçt şöbəsində 1 000-dən çox POS-terminal quraşdırılıb.
Bu ilin əvvəlinə ölkədə bankomatların sayı 3 112 ədədə (Bakı üzrə 1 621 ədəd), POS-terminalların sayı isə 86 383 ədədə (Bakı üzrə 55 739 ədəd) çatdırılıb.