10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda pul kütləsi artır, inflyasiya üçün “qapılar açılır”

Azərbaycanda pul bazasında kəskin artım olmaqla tarixi maksimuma yüksəlib.

Bu barədə Banker.az-a Mərkəzi Bankdan məlumat daxil olub.

31 dekabr 2021-ci il tarixinə Azərbaycanda pul bazasının həcmi 17 milyard 937.6 milyon manat təşkil edib.

Bu da son bir ayda 3 milyard 658.5 milyon manat, yaxud 26% artım deməkdir.

Qeyd edək ki, pul bazasına görə ölkədə ən yüksək rəqəm 2021-ci ilin oktyabrında 14 milyard 621.2 milyon manat təşkil etmişdir.

234

Pul bazası – pul kütləsini yaratmaq üçün Mərkəzi Bankın istifadə edilə bilən öhdəliklərinin məcmusudur. Bura dövriyyədə olan pul vəsaitləri, habelə Mərkəzi Bankın kredit təşkilatları qarşısında olan öhdəlikləri daxildir.

Pul bazasının genişlənməsi inflyasiyaya gətirib çıxarır, belə ki dövriyyədəki pulun kifayət etməməsi iqtisadi inkişafın yavaşlamasına səbəb ola bilər. Lazımi nisbətlərə əməl olunub-olunmaması pul siyasətini həyata keçirən mərkəzi banklar tərəfindən izlənilir. Məsələn, bir tərəfdən banklara əlavə kredit verir və ya əlavə pul emissiyasını həyata keçirir, digər tərəfdən isə açıq bazarda əməliyyatlar keçirmək yolu ilə vəsaitin bir hissəsini dövriyyədən çıxarır. Bir sözlə, bazara öz istiqrazlarını buraxır. Pul bazarının rəqəmsal göstəriciləri vaxtaşırı Mərkəzi Bankın rəsmi saytında dərc edilir.

Bu göstəricilər iqtisadi proseslərin bütün iştirakçılarına aiddir – şirkətlərdən tutmuş fərdi ev təsərrüfatlarına qədər. Belə ki, pul bazasının genişlənməsi əmtəə və xidmətlərin qiymətinin arta biləcəyindən xəbər verir. Və əksinə – pul bazasının azalması gələcəkdə bu və ya digər məhsula tələbatın və istehsal səviyyəsinin azalmasının, habelə işsizliyin artmasından .

Azərbaycan Mərkəzi Bankı faiz parametrlərinə dair 17 dekabr 2021-ci il tarixli açıqlamasında bildirmişdi ki, monetar şəraitin inflyasiyaya balanslaşdırıcı təsirlərinin gücləndirilməsi pulun həm kəmiyyəti, həm də dəyəri vasitəsilə reallaşmaqdadır.

Dekabrın kreditlər üzrə faizlər əhəmiyyətli dəyişib, depozitlər üzrə faizlərin müəyyən qədər artması isə yığımın artmasına səbəb olub.

Rəsmi statistikaya görə noyabrda aylıq inflyasiya 1.5%, 12 aylıq inflyasiya isə 11.1% təşkil edib. Orta illik inflyasiya yanvar-noyabr aylarında 6.2%, orta illik baza inflyasiya isə 3.9% təşkil edib.

AMB bildirmişdi ki, inflyasiyanın yüksəlməsi bütün məhsul və xidmət alt qrupları üzrə davam edir.

 

 

Son xəbərlər
Digər xəbərlər