21 C
Baku
Friday, April 26, 2024

Azərbaycanda qeyri-işlək kreditlərin xüsusi çəkisi 3.8 dəfə azalıb

Son 5 il ərzində Azərbaycanda qeyri-işlək kreditlərin xüsusi çəkisi 3.8 dəfə azalıb.

Bu, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirovun “Prezident İlham Əliyev – zamanı qabaqlayan lider” sərlövhəli analitik məqaləsində yer alıb.

N.Əmirov qeyd edib ki, hazırda bank sektorunun kapital mövqeyi qlobal bazarlarda tüğyan edən potensial riskləri absorbsiya etmək imkanlarına malikdir:

“Bank aktivlərinin keyfiyyətində müşahidə olunan müsbət dinamika və kredit ekosistemində risklərin daha təkmil idarə edilməsi fövqündə də müsbət meyillər davam etməkdədir. Son 5 il ərzində kredit risklərində azalma müşahidə edilmiş, qeyri-işlək kreditlərin həcmində kəskin azalmaya nail olunmuşdur. Belə ki, müvafiq dövr ərzində qeyri-işlək kreditlərin xüsusi çəkisi 3.8 dəfə azalmışdır (2017-ci il-13.8 faiz, 2022-ci il, may-3.6 faiz). Maliyyə-bank sektorunda depozit və kredit portfeli üzrə 2016-cı ildən başlanmış de-dollarizasiya prosesi də davam etməkdədir. Belə ki, 2016-cı illə (47.1 faiz) müqayisədə 2022-ci ilin ilk 5 ayının nəticələrinə əsasən kredit portfellərində xarici valyutanın xüsusi çəkisi 2 dəfə azalmaqla 24.1 faizə düşmüşdür. Eyni tendensiya depozit ekosistemində də müşahidə edilmiş, nəticədə, qeyd olunan müvafiq dövr ərzində xarici valyutanın depozitlərdə xüsusi çəkisi 75 faizdən 50 faizə qədər azalmışdır.

Aparılan davamlı islahatlar nəticəsində ölkənin kənar xarici təsirləri minimuma endirmək səviyyəsinə malik strateji valyuta ehtiyatları formalaşdırılmışdır. Belə ki, 2016-cı ildən etibarən valyuta ehtiyatlarında müşahidə edilən artım dinamikası 2021-ci ildə də davam etmişdir. Artım həm Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitləri, həm də Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları hesabına baş vermişdir. İqtisadi artımın bərpası və daxili tələbin genişlənməsi fövqündə ötən dövr ərzində bank sektorunun aktivlərinin əhəmiyyətli dərəcədə artması müşahidə edilmişdir. Bu səbəbdəndir ki, sektorun aktivlərinin həcmi 2016-cı illə müqayisədə 31.6 faiz artmaqla 41.3 milyard manata çatmışdır”, – Prezidentin köməkçisi bildirib.

N.Əmirov əlavə edib ki, bank sektorunda resursların artımı iqtisadiyyatın şəffaflaşması prosesi və nağdsız əməliyyatların artımı nəticəsində hüquqi şəxslərin depozitlərinin artımı, eyni zamanda, bank sisteminə inamın əsas göstəricilərindən hesab olunan fiziki şəxslərin depozitlərinin artması ilə də dəstəklənmişdir:

“Pandemiyanın mənfi təsirlərini geridə qoymaqla bank sektorunun kövrəklik indeksi yaxşılaşmışdır. Nəticə etibarilə, 2020-ci ilin sonuna sektorun kövrəklik indeksi “-0.65” təşkil edirdisə, 2021-ci ildə isə iqtisadi artımın bərpası və bankların balansının genişlənməsi fonunda indeksin göstəriciləri yaxşılaşaraq “0.20” təşkil edib”, – N.Əmirov vurğulayıb.

MənbəTrend
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər