2022-ci ilin yanvar-aprel aylarında qeyri-neft sektorunun özəl bölməsi üzrə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 44.7%, neft sektorunda xarici və yerli subpodratçıların vergiləri istisna olmaqla, özəl sektordan daxilolmalar 45% artıb.
Banker.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.