7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda sənaye zonalarına yatırılan vəsaitlərin ümumi həcmi 6.5 mlrd. manat olub

Hazırda ölkəmizdə 7 sənaye parkı, 5 sənaye məhəlləsi fəaliyyət göstərir. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə ixrac edilir. İndiyə qədər sənaye zonalarına yatırılan vəsaitlərin ümumi həcmi 6.5 mlrd manat olub. Burada 10100 dən çox daimi iş yeri mövcuddur.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda deyib.

Sumqayıt Kimya Sənaye Parkının rezidentləri indiyə qədər 7 mlrd. 366 milyon manat dəyərində məhsul istehsal edib. Onun da 2 mlrd. 674 milyon manatını xaricə ixrac edib. Təkcə 2022- ci ildə satış 2 mlrd. 711 milyon manat, ixrac isə 1 mlrd. 39 milyon manat olub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər