9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda “Turist çağrı-məlumatlandırma mərkəzi” işə başlayır

Azərbaycanda 3 dildə xidmət göstərəcək “Turist çağrı-məlumatlandırma mərkəzi” (848) işə başlayır.

Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

O, bu barədə rəhbərlik etdiyi qurumun və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Bakıda keçirilən “Azərbaycan Turizm Sammiti”nda danışıb.

“Ümid edirəm ki, Azərbaycan, rus və ingilis dillərində xidmət göstərəcək “Turist çağrı-məlumatlandırma mərkəzi” turizm sənayesinin inkişafına müsbət təsir edəcək”, – deyə sədr əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər