16 C
Baku
Thursday, May 2, 2024

Azərbaycanda turistlərin ilin ilk yarısında bank kartları ilə əməliyyatları 7% azalıb

Azərbaycanda əcnəbilərin bank kartları ilə əməliyyatlarının həcmi 2023-cü ilin iyun ayında azalaraq 148.7 mln. manat təşkil edib. Əməliyyatların sayı isə 4.09 mln. olub

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

İyunda cnəbi vətəndaşların apardığı əməliyyatların 97.9 mln. manatı “Visa”, 49.4 mln. manatı “MasterCard”, 0.4 mln. manatı “American Express” və 1.1 mln. manatı Çinin “UnionPayı” ilə aparılıb.

Beləliklə, 2023-cü ilin ilk yarısında ölkəyə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə 1 mlrd. 0.4 mln. manatlıq əməliyyat aparıblar. Bu isə 2022-ci ilin müvafiq dövründən 7% azdır.

2022-ci ilin eyni dövründə xarici vətəndaşlar Azərbaycanda bank kartları ilə 1 mlrd. 74 mln. manatlıq əməliyyatlar aparmışdılar.

Picture1

Son xəbərlər
 ⁠
Digər xəbərlər