Azərbaycanda vahid inkasassiya mərkəzinin yaradılması ilə bağlı müzakirələr aparılıb.
Bu barədə “Azərbaycan Banklar Asossiyasiyası” (ABA) İctimai Birliyinin məlumatında bildirilir.
Məlumata görə, ABA-da vahid inkasassiya mərkəzinin yaradılması ilə əlaqədar İşçi Qrupun iclası baş tutub. İclasda bu sahədə Türkiyədə fəaliyyət göstərən “Bantaş Nakit ve Kıymetli Mal Taşıma ve Güvenlik Hizmetleri” Anoniş Şirkətinin nümayəndələri, İşçi Qrupda təmsil olunan bir neçə bankların nağd pul vəsaitlərinin daşınması sahəsində rəhbər məsul şəxsləri iştirak edib. Görüşdə vahid inkasassiya mərkəzinin yaradılması ilə bağlı müzakirələr aparılıb, “Bantaş” təqdimat edib, bankların rəy və təklifləri dinlənilib.
ABA-nı 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.