2020-ci ilin noyabr ayında Azərbaycanda yumurtanın qiymətində bahalaşma müşahidə olunur.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu ilin noyabr ayında Azərbaycanda yumurtanın qiymət indeksi əvvəlki aya nisbətən 103% təşkil edib. Belə ki, aylıq müqayisədə yumurtanın qiyməti 3% bahalaşıb.
Cari ilin noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma makaron məmulatlarının, toyuq ətinin, pasterizə olunmamış üzlü südün, yoqurtun, xamanın, kəsmiyin, brınza pendirinin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, bananın, üzümün, fındığın, xiyarın, pomidorun, bibərin, badımcanın, çuğundurun, göy lobyanın, soğanın, sarımsağın, şəkər tozunun qiymətlərində qeydə alınıb.