2022-ci ilin yanvar-iyul ayında Azərbaycanın bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının ən ixrac olunduğu ölkələr açıqlanıb.
Banker.az xəbər verir ki, Azərbaycan mənşəli xam neftin ən çox ixrac olunduğu ölkələr siyahısına yenə İtaliya liderlik edib.
Hesabat dövründə bu ölkəyə 6 mln. 679 min ton həcmində Azərbaycan nefti ixrac olunub.
Azərbaycan neftinin ikinci ən böyük alıcısı Hindistan olub. Belə ki, 7 ayda Hindistan 1 mln 237 min ton Azərbaycan nefti alıb.
İsrail və Böyük Britaniya ixrac olunan Azərbaycan neftinin növbəti ən böyük alıcılarındandır. Yanvar-iyulda İsrail 1 mln 450 min ton, Böyük Britaniya isə 926 min 12 ton həcmində Azərbaycan nefti alıb.
Azərbaycan neftinin növbəti ən böyük alıcılarının siyahısı belədir: Xorvatiya 544 min 666 ton, Çexiya 600 min 565 ton, Portuqaliya 607 min 944 ton, İspaniya 560 min 69 ton, Tunis 433 min 282 ton, Ukrayna 506 min 359 ton.