7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycandan Sinqapura ilk dəfə yerli kabel məhsullarının ixracına başlanılıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti STP Şirkətlər Qrupuna daxil olan “STP Global Cable” MMC tərəfindən istehsal edilən kabel məhsullarının Sinqapura ilk dəfə ixracına başlanılıb.

İZİA-dan bildirilib ki, ilkin mərhələdə bu ölkəyə təqribən dəyəri 200 min manatdan çox məhsul satışı həyata keçirilib.

Qeyd edək ki, illik istehsal gücü 120 min ton təşkil edən “STP Global Cable” MMC-də məişət və sənayedə müxtəlif məqsədlər üçün istifadə olunan ümumilikdə 28 min çeşiddən artıq kabel və naqil istehsal etmək mümkündür. Zavodda istehsal edilən məhsullar daxili bazara satılmaqla yanaşı, “Made In Azerbaijan” brendi adı altında Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Belarus, Tacikistan, Türkmənistan, Rumıniya, Gürcüstan kimi ölkələrə ixrac edilib.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər