İqtisadiyyat Nazirliyinə məxsus Mingəçevir Sənaye Parkının yeganə rezidenti, ölkənin aparıcı iplik istehsalçısı “Mingəçevir Tekstil” MMC-nin direktoru Mehman Hüseynov vəzifəsindən azad edilib.
Şirkətə rəhbərlik Əli Əsədova həvalə olunub.
Xatırladaq ki, “Mingəçevir Tekstil” 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır. Şirkət Mingəçevirdə Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında “Ring” və “Open End” üsulu ilə iplik istehsal edir.