Azərbaycanın bəzi ölkələrlə viza siyasətinin yumşaldılması üçün işlər aparılır.
Dövlət Turizm Agentliyindən bildirilib ki, hazırda Agentlik və Azərbaycan Turizm Bürosu müvafiq qurumlarla əsas turizm bazarları – Avropa İttifaqı dövlətləri, Yaxın Şərq (İsrail və Körfəz ölkələri), Uzaq Şərq (Çin, Yaponiya və Cənubi Koreya) və Cənubi Asiya ölkələri (Hindistan, Pakistan) üzrə viza siyasətinin yumşaldılması ilə bağlı hazırlanan təklifləri qiymətləndirir: “Viza rejiminin sadələşdirilməsi turizmin inkişafına birbaşa təsir edən amildir. Agentliyin 13 göstərici əsasında 43 bazarı təhlil etməsi nəticəsində viza siyasətinin turist axınını şərtləndirən aparıcı amillərdən biri olduğu bir daha təsdiq edilib”.