2020-ci ilin dekabr ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (62.8 milyon ABŞ dolları), Türkiyəyə (57.3 milyon ABŞ dolları), İsveçrəyə (23.5 milyon ABŞ dolları), Gürcüstana (10.7 milyon ABŞ dolları) və Özbəkistana (7.6 milyon ABŞ dolları) ixrac edilib.
Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin yanvar sayında bildirilir.
Ötən ilin yanvar-dekabr ayında isə qeyri-neft sektoru üzrə 5 əsas ixrac ölkəsi Rusiya (691 milyon ABŞ dolları), Türkiyə (377.8 milyon ABŞ dolları), İsveçrə (224.8 milyon ABŞ dolları), Gürcüstan (127.6 milyon ABŞ dolları), Çindir (44.5 milyon ABŞ dolları)