16 C
Baku
Monday, May 6, 2024

Azərbaycanın sement ixracından gəliri 48% artıb

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan 35 milyon 505 min dollar dəyərində 620 756 ton sement, hazır və ya klinker formasında mal ixrac olunub.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Ötən ilin 9 ayında isə 23 milyon 935 min dollar dəyərində 516 002 ton ixrac olunmuşdur. Belə ki, illik müqayisədə sement ixracı dəyər ifadəsiylə 48%, miqdar ifadəsiylə 20.3% artıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər