2021-ci ilin Yanvar ayında Azərbaycanda sementin istehsalı 22 faiz artıb.
Banker.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2021-ci ilin yanvar ayında 233.5 min ton sement istehsal edilib, bu əvvəlki ilin müvafiq ayına nisbətən 21.7% çoxdur.
Xatırladaq ki, 2019-cu illə müqayisədə 2020-ci ildə Azərbaycanda sement istehsalı 24% azalaraq 3 milyon 396 min tona düşmüşdü.
Onu da qeyd edək ki, tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 41.6 milyon manat olmaqla, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 21.2 faiz artıb.