Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xəttilə 312,84 milyon manat sığorta haqqı toplanıb.
Banker.az-a Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən xəbər veirr ki,bu, 2014-cü ilin eyni dövrünə nisbətən 10,4% çoxdur.
8 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 116,16 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,2% çoxdur.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 37,1 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-avqust aylarında 36,6 manat olub.